Əsgər gedən gənc sevgilisi ilə vidalaşarkən qarajda boğuldu

Əsgər gedən gənc sevgilisi ilə vidalaşarkən qarajda boğuldu
Hadisə 3740
 

Sumqayıtda dəhşətli hadisə baş verib.

BAKU.WS Sxəbər verir ki, Sumqayıt Şəhər Prokurorluğundan "Qafqazinfo”ya verilən məlumata görə, maşında gənc oğlanla qızın meyiti tapılıb. Hadisə iyulun 22-dən 23-nə keçən gecə, şəhərin "3-cü kvartal” ərazisinin həyətindəki qarajda qeydə alınıb.

Sayt hadisə ilə bağlı bəzi təfərrüatları əldə edib.

Məlum olub ki, əsgərliyə getməyə hazırlaşan Kənan sevgilisi Sevinc Mütəllimova ilə qarajlarında görüşüb. Maşında kondisioneri yandıran cütlük bir neçə saat sonra zəhərlənərək vəfat edib.

Qızın valideynləri onun evdə yoxluğundan narahat olublar və axtarışa başlayıblar. Nəticədə sözügedən qarajda gənclərin meyiti aşkarlanıb.

Qeyd edilir ki, hadisə baş verən günün səhəri (iyulun 23-ü) Kənan əsgərliyə getməli imiş, o, sevgilisi ilə vidalaşmaq məqsədilə görüşüb.

***

Saytın əldə etdiyi başqa bir məlumata görə, həmin gün Kənan Sevinci qaçıraraq evə gətirmək istəyib. Amma oğlanın ailəsi buna qarşı çıxaraq, Kənana qızı öz evlərinə qaytarmağı tapşırıb. Ailə qızı qəbul etmədiyinə görə cütlük sığınacaq kimi qarajdakı maşını seçib.

Qeyd edək ki, Sevinc Mütəllimova Kooperasiya Universitetinin 2-ci kurs tələbəsi idi. Kənan isə Ukraynada təhsil almışdı.

 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər