VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda intihar hadisəsi baş verib.

BAKU.WS bildirir ki, Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Xocahəsən qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yaşayan, 2001-ci il təvəllüdlü Aygün Qubad qızı Qəniyeva yaşadığı evin pəncərəsindən özünü asaraq öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. A. Qəniyeva 6 saylı Laçın şəhər orta məktəbinin 9-cu sinfində oxuyurmuş.

Bakıda 15 yaşlı məktəbli qızın doğum günündə intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Aygün Qəniyevanın təhsil aldığı Laçın rayon 6 saylı orta məktəbindən lent.az-a bildirilib ki, o, sakit təbiətli şagird olub. Məktəbin keçmiş direktoru, A.Qəniyevanın coğrafiya müəllimi Rahib Əzimov deyib ki, onun davamiyyətlə bağlı problemi olmayıb: "Onun bacı-qardaşı da bizim məktəbdə təhsil alır. Əslən Saatlı rayonundan olsa da, yaxınlıqda başqa məktəb olmadığından bizim məktəbdə təhsil alırdı. Dünən sinif rəhbəri qızın dərsə gəlmədiyini görüb valideyni ilə əlaqə saxlayıb. Ata-anası da işdə olub. Onlar evə zəng edəndən sonra Aygünün özünü öldürdüyünü öyrəniblər. Biz də dərhal evlərinə getdik. Qızın məktubu da yoxdur ki, niyə intihar etdiyini dəqiq biləsən".  

Məktəbdən onu da bildiriblər ki, 15 yaşlı Aygünün ailədə problemləri olub. Belə ki, valideynləri onun ailə qurmasını və hazırda hərbi xidmətdə olan oğlan qayıtdıqdan sonra nişanlanmasını istəyiblər. 9-cu sinifdə oxuyan qız isə buna qarşı çıxıb.
 
Aygün Qəniyevanın məhz doğum günündə həyatına son qoymasının dəqiq səbəb isə hələlik bilinmir. 
 
BAKU.WS