SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

İlkin məlumata görə, hadisə ötən gecə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb.

Qəza zamanı VAZ-2107 markalı avtomobil ilə mikroavtobus toqquşub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəsmisi baş inspektor, polis mayoru Araz Əsgərli bildirib ki, qəzada VAZ-2107 markalı avtomobilin sürücüsü xəsarət alıb:

“Xəzər Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır. Ölüm faktı qeydə alınmayıb”.

BAKU.WS
VİDEO