Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda baş verən qəza 2 kişi dünyasını dəyişib.


BAKU.WS-in məlumatına görə, hadisə nəticəsində 10 nəfər yaralanıb. Yaralıların əksəriyyətinin vəziyyəti ağırdır. Bir neçə yaralı təcili əməliyyata alınıb. Hazırda yaralılaırn həyatda qalması üçün həkimlər əllərindən gələni edirlər.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında "Ford” markalı mikroavtobus yüksək sürətlə gedərkən qarşıdakı maneəyə çırpılıb. Avtobusun aşdığı bildirilir. Lakin baş verən qəza ilə bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən heç bir açıqlama verilmir.

Ziya Səccad
BAKU.WS