Bir ailənin 4 üzvünü qətlə yetirən şəxs barəsində QƏRAR VERİLDİ

Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Fuad Cəlilzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, Beyləqan Rayon Məhkəməsi təqdimatı təmin edib.
Qərara əsasən, Fuad Cəlilzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisə dekabrın 2-si Tatalılar kəndində qeydə alınıb.
Rəsmi məlumata görə, kənd sakini, 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan ədavətə görə qonşuları Quliyev Nadiri, onun həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqları evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələyib.
Fuad Cəlilzadəyə Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qətlə yetirmək) maddəsi ilə ittiham verilib.
Oxşar xəbərlər
Beyləqanda qətlə yetirilən bir ailənin dörd üzvü... - FOTO/VİDEO - YENİLƏNİB
dekabrın 2-də Beyləqan rayonu Tatalılar kəndində bir ailənin 4 üzvü qətlə yetirilib. “Qafqazinfo” qətlə yetirilən 1966-cı il təvəllüdlü Nadir Quliyev, 1971-ci i...
