Bakı bulvarında intihara cəhd olub.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1200 m aralıda, nəzarətsiz ərazidə) 1 nəfər intihar məqsədilə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib. Xilasedicilər tərəfindən intihara cəhd edən və onu xilas etmək istəyən 2 nəfər xilas edilib.

Əməliyyat saat 04:02-də başa çatıb.
 
Şahin Həbibov
BAKU.WS