13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan “VOLVO” markalı yük nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual olunub.

BAKU.WS Komitəyə istinadən xəbər verir ki, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib.

Daha sonra kinoloji xidməti it tətbiq edilməklə gömrük yoxlaması həyata keçirilib. Bu zaman xidməti itin reaksiyası ilə nəqliyyat vasitəsində tullantılar qoyulan torbada üzərində yanıq izləri olan kolba aşkarlanıb.

Bundan sonra sürücünün üzərində şəxsi yoxlama zərurəti yarandığından yoxlama otağına dəvət olunub və üzərindən ümumi çəkisi 19 qram narkotik vasitə - tiryək və 4 qram narkotik vasitə - marixuana aşkar edilib.

BAKU.WS