SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə BAKU.WS FHN-dən bildirilib.

İlkin məlumata əsasən, təqribən 700 m² sahədə məişət tullantıları yanıb.

***16:48

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində açıq ərazidə məişət tullantıları yanır.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

BAKU.WS