Şüvəlanda yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə BAKU.WS-ə FHN-dən bildirilib.
İlkin məlumata əsasən, təqribən 700 m² sahədə məişət tullantıları yanıb.
***16:48
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində açıq ərazidə məişət tullantıları yanır.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Oxşar xəbərlər
Xətaidəki yanğınla bağlı TƏBİB-dən AÇIQLAMA: 4 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB - FOTO/VİDEO
Xətai rayonunda baş verən yanğınla əlaqədar hadisə yerinə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəl...