ABŞ-ın Florida ştatında yerləşən "SpaceX” uçuş platformasında partlayış baş verib.

BAKU.WS-in məlumatına görə, ard-arda bir neçə partlayış səsi eşidilib. Hadisənin kosmodromun ətrafında yaşayan əhaliyə təhlükə törətmədiyi bildirilir.

NASA-nın məlumatına əsasən, insident kosmodromda pilotsuz raketin sınaqları keçirilən zaman baş verib. Sınaqlar Kanaveral burnunda yerləşən kosmodromdan sentyabrın 3-nə planlaşdırılan uçuşa hazırlıq məqsədi daşıyırmış. Raket "Facebook” sosial şəbəkəsinin ilk peykini və İsrailin rabitə peykini fəzaya çıxarmalı idi.

Nazim Babayev
BAKU.WS