13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Cəlilabad sakinini butulka parçası ilə ölümcül yarlayıblar.

 

BAKU.WS-in məlumatına görə, hadisə rayonun Maşlıq kəndində baş verib. Kənd sakini 25 yaşlı Raul Adgözəlovla Muğan kənd sakini Əliqimət Dövlətov arasında mübahisə  qanlı sonluqla bitib. Əliqismət əlindəki parçalanmış butulka parçası ilə Raulun bel nahiyyəsinə bir neçə zərbə endirib. Zərbənin təsirindən Yaralı hadisə yerində huşunu itirib. Daha sonra o Yaxınları tərəfindən Cəlilabad mərkəzi rayon xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.


Hadisənin  təfərrüatları da məlum olub. Belə ki, Raul özünə məxsus telefonu Mugan kənd sakini Əliqismət Dövlətovun telefonu ilə barter edib. Zərərçəkənin sözlərinə görə telefon xarab olduğu üçün səhəri gün onu Əliqismətə qaytarmaq istədikdə mövcud hadisə baş verib. Hadisə ilə bağlı polisə məlumt verilib. Faktla bağlı araşdırma aparılır.

 

BAKU.WS