SİZİN REKLAM BURADA!
055 213 76 73



 Sumqayıtda filmləri xatırladan qeyri-adi hadisə baş verib.  
 
BAKU.WS xezerxeber-ə istinadən xəbər verir ki,  hündür binadan düşən uşağı yoldan keçən bir qadın göydə tutub.
 
Güclü zərbədən qadın yerə yıxılsa da, onların heç biri ciddi zədə almayıb.
 
3-cü mikrorayon, ev 11/18- ünvanında 5-ci mərtəbədə evdə tək olan uşaq balkona çıxıb. Orada oynayarkən qəfildən aşagı düşüb.
Şahidlərin sözlərinə görə 3-cü mərtəbədə qonşu döşək səribmiş, oraya düşüb sürət azalıb, sonra sürüşüb. Uşağın əlləri 2-ci mərtəbədə paltar qurutmaq için istifadə olunan ipə ilişib. Bu zaman yoldan keçən həkim Çiçək Cahangirova uşagın sallandıgını görüb. Təcili Tibbi Yardım stansiyasınınn həkimi olan Çiçək
 
Cahangirova özünü itirmədən onu yerə düşməmiş göydə tutub.
 
Güclü zərbədən qadın yerə yıxılsa da, heç biri ciddi zədə almayıb. Uşağın həyatını xilas edən həkim Çiçək Cahangirova vaxt itirmədən uşağı yaxınlıqdakı Təcili Yardım Stansiyasına çatdırıb. Oradan da 5 yaşlı Cavidi uşaq xəstəxanasına aparıblar. Həkimlərin sözlərinə görə, Caviddə heç bir ciddi zədə müşahidə olunmayıb və o, özünü normal hiss edir. Sadəcə əli ipə ilişdiyi üçün zədələnib.
 
 
Aysel Şirinzadə
BAKU.WS