Bakıda ölüm mənbəyi - Bu yoldan keçmək təhlükəlidir

Bakıda ölüm mənbəyi - Bu yoldan keçmək təhlükəlidir
Foto
Sosial 113

Bakıda daha bir ərazidə yolda deşik yaranıb.

Bu barədə sakinlər BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər.

Bildirilib ki, Bakının Biləcəri qəsəbəsində, Asəf Zeynallı küçəsində yolun ortasında qoyulan quyunun kənarı deşilib. Bu da ətrafda olan insanlar üçün ölüm təhlükəsi yaradır.

"Piyadalar üçün nəzərdə tutulan səkidir. Ətrafında mağazalar var. Üzbəüz 15 saylı poliklinikadır. Hər gün ordan xəstələr keçirlər. Bir neçə dəfə insanlar həmin yerə düşüb xəsarət alıblar. Hətta ayağı sınan da olub. Dəfələrlə lazımı orqanlara deyilsə də, nəticə olmayıb", - deyə şikayətdə bildirilib.

Sakinlər bildiriblər ki, həmin quyu kanalizasiya quyusudur.

Məsələ ilə əlaqədar aidiyyatı quruma məlumat verildi. Ümid edirik ki, Bakıda daha bir insan quyuya düşüb, həyatını itirməyənə qədər problem həll edilər.

Xatırladaq ki, iyunun 26-da 27 yaşlı Cümşüd Cümşüdlü Binəqədi rayonu, "Baksol yolu" adlanan ərazidə yolun çökməsi nəticəsində kanalizasiyaya düşmüşdü. Onun nəşi 2 gün sonra tapıldı.

Ziya SƏCCAD

Son xəbərlər