BƏƏ-də sülh danışıqları: Azərbaycan və Ermənistan liderləri üçün yeni mühüm addım

Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Qətərin nüfuzlu "Əl-Cəzirə" telekanalında Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gedişatına dair xəbər yayımlanıb. Mənbə oxucularına xəbər edir ki, Ermənistan və Azərbaycan liderləri təxminən 40 il davam edən münaqişədən sonra Birləşmiş Ərəb Əmirliklərində sülh danışıqları aparıblar, lakin ümid edilən irəliləyiş elan edilməyib.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşünün Xankəndi şəhərində keçirilməsi İran mətbuatında da geniş işıqlandırılıb. "Kayhan" qəzetində Azərbaycanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı həftəsinə dair xəbərdə İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü xüsusilə vurğulanıb. Bildirilib ki, İƏT çərçivəsində həyata keçirilən layihələr üzv dövlətlərin iqtisadi inkişafına təkan verir.
Oxşar xəbərlər
Deputat: "Bugünkü Azərbaycan ulu öndərin xəyallarındakı ölkədir"
"Biz bugünkü Azərbaycanı Heydər Əliyevə borcluyuq. Bu gün şəxsiyyət vəsiqəsində "azərbaycanlı" yazılmasını da məhz ona borcluyuq". Bu fikirləri millət vəkili El...