Qorxularımızı necə idarə edə bilərik? - Bunu hər kəs bilməlidir

Qorxularımızı necə idarə edə bilərik? - Bunu hər kəs bilməlidir
Digər 191

Qorxu insanları hər addımda izləyən və bəzən də həyatda hansısa uğura çatmaqda ona mane olan hislərdən biridir.

Müəyyən mənada insanı təhlükələrdən qorusa da, onun əsirinə çevrilmək bəzən həyatı zindan edir.

Bəs qorxunu necə idarə etmək olar?

Məsələ ilə əlaqədar psixoloq Rəvanə Quluzadə BAKU.WS-ə açıqlamasında bildirdi ki, ən vacib məsələ, uğursuzluq haqqında düşüncəmizi dəyişdirməkdir:

"Uğursuzluq son deyil! Onu təbii bir öyrənmə prosesi kimi qəbul etmək, kiçik addımlarla başlamaq, davam etmək lazımdır. Özünə qarşı mərhəmətli, ədalətli olmaq qorxunu azaltmağa kömək edir", - deyə psixoloq bildirib.

Rəvanə Quluzadə deyir ki, insan çətinlik yaşadıqda, onu geriləmə kimi deyil, inkişaf üçün, lazım gəlsə, yeni istiqamət seçmək üçün fürsət kimi görməsi daha sağlam yanaşmadır:

"Uşaq ikən yəqin ki, heç birimiz birdən birə qaçmağa başlamamışıq. İməkləyərək, yıxıla dura addımlayaraq, əvvəlcə yeriməyi, sonra isə qaçmağı öyrənmişik. O zamanlar büdrəmək, yıxılmaq yəqin ki, yetkin yaşımızdakı qədər qorxuducu deyil idi. Çünki uğursuzluq anlayışımız yox idi. Əks halda uşaq ikən də dəfələrlə yıxıldıqdan sonra yeriməyə cəhd etməzdik".

Ekspertin sözlərinə görə, insan çıxılmaz vəziyyətə düşdükdə və qorxularının əsirinə çevrildikdə mütləq mütəxəssisə müraciət etməlidir:

"Qorxunu dəf etmək üçün psixoloji dəstəkdən də istifadə etmək mümkündür".

Ziya SƏCCAD

Oxşar xəbərlər

Son xəbərlər