Cahid Şahbazovun köməkçisindən GÖZLƏNİLMƏZ AÇIQLAMA: "Cinayət işi açılmayıb"

Tanınmış oftalmoloq Cahid Şahbazova cinayət işi açılması ilə bağlı məlumat yayılıb. Məlumata əsasən, vətəndaş Humay Əliyevanın şikayəti əsasında Səbail Rayon Prokurorluğunda C.Şahbazov barəsində cinayət işi başlanılıb. Məlumatda qeyd olunub Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə açılan iş üzrə Cahid Şahbazov istintaqa cəlb olunub.
Oxu.Az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün Cahid Şahbazovla əlaqə saxlamağa cəhd edib.
Suallarımızı oftalmoloqun özü yox, köməkçisi Gülər xanım cavablandırıb. O qeyd edib ki, yayılan məlumatlar reallığı əks etdirmir:
"Həkim özü açıqlama vermək istəmir, amma bunu bildirim ki, Cahid Şahbazova cinayət işi açılmayıb. Bu, doğru məlumat deyil. O xəbəri kim, niyə yazıb, bilmirik. Xəbəri kopiyalayıb yayırlar, amma dəqiqləşdirmirlər".
***11.54
Tanınmış həkim Cahid Şahbazov barəsində cinayət işi başlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Səbail rayon Prokurorluğunda Cahid Şahbazov Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş açılıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilib.
C.Şahbazovun vəkili Asim Abbasov "Report"a açıqlamasında bildirib ki, fakt üzrə cinayət işi başlanılıb: "Müvəkkilin Cahid Şahbazov cinayət məsuliyyətinə cəlb olunmayıb. Yalnız fakt üzrə cinayət işi açılıb, araşdırmalar aparılır".
Qeyd edək ki, oftalmoloq Cahid Şahbazov barəsində vətəndaş Humay Əliyevanın şikayəti əsasında cinayət işi açılıb.
Oxşar xəbərlər
Qaraçuxurda gündüz sönən işıq bir də gecə yanır - ŞİKAYƏT
Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsi sakinləri işıq problemi ilə üzləşiblər. Bu barədə abonentlərdən biri BAKU.WS-in "qaynar xətti"nə müraciət edib. Şika...