Şou-biznesin nəvəsi olan məşhurları - SİYAHI

Şou-biznesin nəvəsi olan məşhurları - SİYAHI
Foto
Şou-biznes 148

Sosial şəbəkədən aktiv istifadə edən edən şou-biznes əhli bəzən nəvələrinin də fotolarını izləyiciləri ilə bölüşürlər. Onlar arasında tanınmış müğənnilər, aktrisalar, aktyorların nəvələri var. Müxtəlif yaş qruplarında olan məşhurların nəvələri mətbuatda uzun müddət müzakirələr yaradır. 

Bu dəfə BAKU.WS saytı olaraq şou-bizensin nəvəli məşhurlarının kim olduğunu araşdırdıq.

Sözügedən siyahını oxuculara təqdim edirik:

Əməkdar artist Dilarə Əliyeva

Əməkdar artist Dilarə Əliyevanın Aygül adlı nəvəsi var. O tez-tez sosial şəbəkədə nəvəsi Aygüllə bağlı paylaşım edir. 

Aygül aktrisanın qızı Aytənin övladıdır.

 

Əməkdar artist Könül Kərimova

Əməkdar artist Könül Kərimova da nəvəsi ilə tez-tez paylaşıme dən məşhurlardandır. o bir müddət əvvəl nəvəsi Dənizlə videosunu instaqram hesabında paylaşıb. 

Dəniz, Kərimovanın qızı Ləmanın övladıdır. 

Aşıq Zülfiyyə İbadova

Aşıq Zülfiyyə İbadovanın Renat adlı nəvəsi var. Renat bir müddət əvvəl verilişlərdən birinə qonaq olub. Sənətçi nəvəsi üçün kiçik toy məclisi də təşkil etmişdi. 

Renat sənətçinin oğlu Babəkin övladıdır.

Müğənni Əlikram Bayramov

Müğənni Əlikram Bayramovun əkiz nəvələri var. Onun oğlu Qabilin ötən il dünyaya gələn əkiz övladları Əlikram və Sara Xatunun fotosunu sənətçi izləyiciləri ilə bölüşüb.   

"Bu gün mənim üçün ikiqat bayramdır. Çünki həm mənim, həm də gül nəvələrim, gözlərimin nuru Əlikram və Sara Xatunun doğum günüdür", - deyə Bayramov paylaşımına şərh yazıb.  

Əməkdar artist Rafael İsgəndərov

Əməkdar artist Rafael İsgəndərov nəvsi Zəhra ilə fotoları tez-tez instaqram hesabında paylaşır.  Zəhra onun qızı Gülarənin övladıdır.

Müğənni Xatun Əliyeva

Bir müddət əvvəl müğənni Xatun Əliyevanın nəvəsi Adel ilə görüntüsü yayılmışdı. O sosial şəbəkədə nəvəsinin 1 yaşı olduğuu bildirmişdi.

Adel ifaçının oğlu Adilin övladıdır. 

Şairə Nazilə Səfərli

Şairə və qiraətçi Nazilə Səfərlinin Ayaz adlı nəvəsi var. O da sosial şəbəkədə onunla bağlı paylaşımlar edir. 

Ayaz Nazilənin böyük oğlu Nurlanın övladıdır. Nurlan 2022-ci ildə Nuranə adlı xanımla ailə qurub. 

Müğənni Nüşabə Musayeva 

Müğənni Nüşabə Musayeva da qısa müddət əvvəl nənə olub. Onun nəvəsin adı Selim Kayadır. Nüşabə Musayevanın qızı Türkiyə vətəndaşı Oğuzhan Kaya ilə ailə qurub.

Xalq artisti Mələkxanım Eyyubova

Mələkxanım Eyyubovanın Adil və Mələk adlı nəvələri var. Onun nəvələri oğlu Cəfər Nəcəfovun övladıdır. Cəfər Səadət adlı xanımla evlidir. 

Müğənni Rəqsanə İsmayılova

Müğənni Rəqsanə İsmayılova da şou-biznesin nəvəli məşhurlarındandır. Onun qızı Aysun İsmayılovanın Sevgim adlı qızı var. Sevgim Aysun İsmayılova vəkil Ramil Vəliyevin övladıdır. Cütlük bir müddət əvvəl boşanıb. 

Rəqqasə Fatimə Fətəliyeva

Rəqqasə Fatimə Fətəliyeva nəvəsi Mikayılı yeni dünyaya gəlib. O, sosial şəbəkədə fotolarda paylaşdığı  nəvəsinin üzünü isə gizli saxlayıb.

Mikayıl Fatimənin qızı Aydanın övladıdır. Aydanın Zəhra adlı bir qız övladı da var. 

Oxşar xəbərlər

Son xəbərlər