5 İLƏDƏK DƏYİŞMƏZ 14,5%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT

 

Gəncədə burnundan estetik əməliyyat olunan gənc qızın ölüm səbəbi məlum olub.

BAKU.WS Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, avqustun 22-də Yeni Gəncə Özəl Tibb Mərkəzində Mayıl Əliyev və Mehdi Talışinskinin icra etdiyi əməliyyat zamanı şəhər sakini 17 yaşlı Aygül Orucova dünyasını dəyişib. Burnundan estetik əməliyyat edilən A.Orucova narkozdan ayılmayıb.

Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

A.Orucova bu il Bakı Dövlət Universitetinə qəbul olunubmuş.

Faktla bağlı Gəncə Şəhər prokurorluğunda 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.
 
BAKU.WS