Tovuzda həlak olan əsgərimiz dəfn edildi - YENİLƏNİB + FOTO

Tovuzda həlak olan əsgərimiz dəfn edildi - YENİLƏNİB + FOTO
Foto
Hadisə 139

Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından həyatını itirən əsgər Pünhan Səyavuş oğlu Ağamirov dəfn edilib.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, o doğulduğu Yergüc kəndində torpağa tapşırılıb.

*** 10:33

Avqustun 5-i Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından həyatını itirən əsgər Pünhan Səyavuş oğlu Ağamirovla vida mərasimi keçirilib.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, vida mərasimindən sonra 2003-cü il təvəllüdlü Pünhan Ağamirov Xaçmaz rayonunun Yergüc kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Son xəbərlər