SİZİN REKLAM BURADA!
055 213 76 73


 
APA-nın Türkiyə müxbiri xəbər verir ki, onun cənazəsinin Azərbaycana göndərilməsi üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda sənədləşmə işlərinə başlanılıb.  
 
Rövşən Lənkəranskinin atışmada yaralanmış sürücüsü isə İstanbulun Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsindədir.
 
Reanimasiya şöbəsinin həkimi Şəbnəm Türk APA-nın müxnbirinə bildirib ki, onun qarın nayihəsindəki güllələr çıxarılıb.
 
Yaralının qol və ayaqlarında sınıqlar var, bir neçə gün reanimasiya şöbəsində qalacaq.
 
Polisdən isə xəstəxanaya gətirilərkən yaralının üzərində heç bir sənəd olmadığı, o, xəstəxanada "Morris" soyadı ilə qeydiyyata alınıb.
 
R. Lənkəranskinin qardaşı Namiq Canıyev isə telefonunu açsa da, qardaşı barədə sualı cavablandırmayıb. 
 
***15.37 
 
Ötən gecə İstanbulda silahlı hücuma məruz qalan azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski dünyasını dəyişməyib, o, hazırda İstanbul Şişli Etfal Xəstəxanasında reanimasiya şöbəsindədir. Bu açıqlamanı lent.az-a Şişli Etfal Xəstəxanasından veriblər. Telefonumuza cavab verən xəstəxana əməkdaşı bildirib ki, ötən gecə xəstəxanaya gətirilən azərbaycanlı yaralı ölməyib və hazırda reanimasiyadadır: "Mən xəstəni az öncə görmüşəm, o ölməyib, reanimasiyadadır".
 
Xəstəxanadakı polislərdən də hadisə ilə bağlı məlumat almağa çalışsaq da, polis əməkdaşları istintaq sirri olduğu üçün heç bir açıqlama vermədilər. 

13:09

Ötən gecə güllələnən Lənkəranskinin yerləşdirildiyi Şişli Etfal xəstəxanasından bizimyol.info-ya verilən açıqlamaya görə, Lənkəranski sağdır.

Milli.Az sözügedən sayta istinadən bildirir ki, ancaq vəziyyəti son dərəcə pisdir.

Xəstəxananın qəbul müdiri Nişə Yeldirin saytımıza verdiyi açıqlamaya görə, Lənkəranski ölməyib. "Hal-hazırda reanimasiyadadır. Amma vəziyyəti çox pisdir. Çox pis halda gətirilib. Bizə də əlavə məlumat verilmir. Ancaq vəfat etməyib. Sağdır, reanimasiyadadır".

Qeyd edək ki, bir az əvvəl millət vəkili Fəzail Ağamalı saytımıza açıqlamasında Lənkəranskinin öldüyü xəbərini bildirmişdi. O, xəbəri Lənkəranskinin qohumlarından aldığını bildirmişdi.
 
BAKU.WS