VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qətlə yetirilməsi ilə bağlı redaksiyamıza xəbər daxil olub.

Yayılan məlumata görə, Lənkəranski bu gecə Türkiyədə qətlə yetirilib. Onunla bərabər sürücüsü də öldürülüb.

Bizimyol.info saytı yayılan məlumatla bağlı Rövşən Lənkəranskinin  yaxın qohumu, millət vəkili Fəzail Ağamalı ilə əlaqə saxlayıb. O saytımıza açıqlamasında qətl xəbərinin doğru olduğunu qeyd edib. "Mən məlumat öyrənməyə çalışdım. Çox çətinliklə də olsa öyrənə bildim. Çox təəssüf, çox dəyərli oğul idi.” 

Qeyd edək ki, Fəzail Ağamalının qardaşı qızı, Rövşən Lənkəraniskinin qardaşının həyat yoldaşıdır.
 
BAKU.WS