SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Yol Patrul Xidmətinin (YPX) avtomobili yük maşını ilə toqquşub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Rüstəm Əhmədli BAKU.WS-ə bildirib ki, hadisə Ziya Bünyadov prospektində yerləşən tuneldə baş verib.

Onun sözlərinə görə, 99-YP-355 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin yük maşını ilə toqquşması nəticəsində polis əməkdaşı xəsarət alıb:

"Qəzadan öncə tuneldə təmizlik məqsədilə yuyulma işləri aparılıb. Buna görə də yer sürüşkən olub. Yol Patrul Xidmətinin avtomobili su daşıyan yük maşını ilə toqquşub. Nəticədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Niftulla Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, dərhal xəstəxanaya yerləşdirilib. Həyati təhlükəsi olmasa da, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir".

***09:38

Bakıda YPX maşını yük avtomobili ilə toqquşub.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdə 99-YP-355 dövlət nişanlı YPX avtomobilinin yararsız vəziyyətdə olması öz əksini tapıb.

Hadisənin dünən gecə saatlarında Dərnəgül yolu istiqamətində baş verdiyi bildirilir.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Orxan Hüseyn
BAKU.WS
VİDEO