Toyda dava edənlər restoranın pəncərəsindən yıxıldılar

Biləsuvar rayonunda toyda dava baş verib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.
Belə ki, toyda iştirak edən qonaqlar arasında yaranan mübahisə dava ilə nəticələnib.Cəlilabad rayonunun Üçtəpə kənd sakinləri - 1984-cü il təvəllüdlü Əliyev Əli Rafiq oğlu və 1977-ci il təvəllüdlü Məmmədov Anar Vidadi oğlu arasında dava olub.
Dava zamanı iki şəxsin şadlıq sarayının pəncərəsinə çırpılması, pəncərənin qırılmasına və onların pəncərədən yerə yıxılmasına səbəb olub.
Nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...