SİZİN REKLAM BURADA!
055 213 76 73


Mayın 30-u saat 12 radələrində Nərimanov rayonu ərazisində 2001-ci il təvəllüdlü Zülfüqar Qasımzadənin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov rayon prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən olunmuşdur ki, “Zirvə-A” MTK tərəfindən inşa olunan hündürmərtəbəli binanın tikintisində fasad ustası işləyən Zülfüqar Qasımzadə həmin binanın 5-ci mərtəbəsində işləyərkən ehtiyatsızlıqdan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

BAKU.WS