İçməli su küçəyə axır - Sakinlərdən şikayət
Müşfiq qəsəbəsində sakinlər içməli suyun küçəyə axıdılması ilə bağlı narazıdırlar.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə şikayətçi Altay Niftəliyev məlumat verib.
Vətəndaşın iddiasına görə, artıq 8 aya yaxındır ərazidə içməli su boş yerə axaraq israf olunur. Şikayətçi bildirib ki, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, indiyədək heç bir tədbir görülməyib.
Sakin məsələ ilə bağlı aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını və su israfının qarşısının alınmasını xahiş edir.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlamışıq.
Şəhanə Xankişiyeva
Oxşar xəbərlər
Bakıda qardaş və bacı bir-birini bıçaqladılar
Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. BAKU.WS "Teleqraf"a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Rəfael Səf...