"Oturacaqlar köhnəlib, qapılar da nasazdır" - 64 saylı avtobusdan ŞİKAYƏT

Oturacaqlar köhnəlib, qapılar da nasazdır - 64 saylı avtobusdan ŞİKAYƏT
Hadisə 55

64 saylı xətt üzrə bir neçə dəfə İcra Hakimiyəti AAYDA və digər qurumlara yollarla bağlı müraciət ünvanlanıb.

BAKU.WS xəbər verir ki, bunu daşıntı şirkət rəsmisi bildirib.

O qeyd edib ki, yollarda olan vəziyyət avtobusların istismarını çox çətinləşdirir. Məcbur təmirə saxlanılan avtobuslar parkda digər avtobusla əvəzlənir ki, sərnişin sıxlığı yaranmasın.

Qeyd edilib ki, yaranmış vəziyyət araşdırılacaq, həqiqətən də bizim avtobusda olan haldırsa, təcili parka yönləndirilib təmir olunacaqdır.

Şəhanə Xankişiyeva

***13:19

64 nömrəli marşrut avtobusunun texniki vəziyyəti sərnişinlərin narazılığına səbəb olub.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə vətəndaş müraciət edib.

Şikayətçinin sözlərinə görə, oturacaqlar yararsız vəziyyətdədir və uzun müddətdir yenilənməyib. Bundan əlavə, avtobusun qapılarının da normal açılıb-bağlanmadığı bildirilir.

Sərnişinlər qeyd edirlər ki, mövcud vəziyyət həm narahatlıq yaradır, həm də təhlükəsizlik baxımından risklidir. Onlar köhnə avtobusların yeniləri ilə əvəz olunmasını və marşrut üzrə müasir nəqliyyat vasitələrinin istifadəyə verilməsini xahiş edirlər.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlamışıq.

Şəhanə Xankişiyeva

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər