Ucarda 56 yaşlı kişi dialez xəstəsi müalicə zamanı ölüb
Ucar xəstəxanada ölüm hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, rayon sakini, 56 yaşlı dialez xəstəsi Nizami Hüseynov müalicə almaq məqsədi ilə Ucar Rayon Mərkəzi Xəstəxanasında müalicə zamanı xəstəxanada ölüb.
TƏBİB-dən yerli büronun sorğusuna cavab olaraq bildirilib ki, 1970-ci il təvəllüdlü şəxs hemodializ prosedurunun aparılması məqsədilə tibb müəssisəsinə müraciət edib.
"Pasiyentin prosedurdan əvvəl çəkisi və arterial təzyiqi ölçülüb, müvafiq prosedur qaydalarına əməl olunub. Lakin hemodializ proseduruna başlamadan pasiyent özünü narahat hiss etdiyini bildirib. Bu səbəblə Təcili tibbi yardım şöbəsindən həkim dəvət olunub.
Pasiyent müayinə edildikdən sonra reanimasiya tədbirlərinə başlanılıb. Ambu vasitəsilə süni tənəffüs, ürəyin qapalı masajı və zəruri medikamentoz reanimasiya tədbirləri həyata keçirilib. Təxminən 30 dəqiqə ərzində göstərilən intensiv reanimasiya tədbirləri tətbiq olunub. Lakin pasiyent aparılan reanimasiya tədbirlərinə cavab verməyib və 15.07.2026-cı il tarixində saat 14:20 radələrində şəxsin bioloji ölüm faktı qeydə alınıb".
Oxşar xəbərlər
"Oturacaqlar köhnəlib, qapılar da nasazdır" - 64 saylı avtobusdan ŞİKAYƏT
64 saylı xətt üzrə bir neçə dəfə İcra Hakimiyəti AAYDA və digər qurumlara yollarla bağlı müraciət ünvanlanıb. BAKU.WS xəbər verir ki, bunu daşıntı şirkət rəsmis...