Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək
Hidayət Heydərov Bakıdakı dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli açıqlama verib.
ACF rəsmisi Bakıda keçiriləcək dünya çempionatına həsr olunmuş mətbuat konfransında fikirlərini bölüşüb:
"Hidayət Heydərov Bakıda dünya çempionatında 73 kq çəki dərəcəsində çıxış edəcək. Elcan Hacıyevin Bakıdakı yarışda iştirakı sual altındadır. O, əməliyyatdan sonra hazırda Yaponiyada təlim-məşq toplanışındadır. Komandanın heyəti daha sonra bəlli olacaq".
ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu bildirib ki, hər idmançı heyətdə yer almaq üçün çalışmalıdır.
Xatırladaq ki, Hidayət Heydərov Çinin Sindao şəhərində keçiriləcək Qran-pridə 81 kq-da çıxış edib və bürünc medal qazanıb. Dünya çempionatı oktyabrın 4–11-i aralığında Milli Gimnastika Arenasında baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovu çəki sala bilmədiyi üçün cəzalandırıb
Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov iki yarışda çəki sala bilmədiyi üçün cəzalanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan...