Azərbaycan Dağ Yəhudiləri İcmasının sabiq rəhbəri Boris Semyonoviç İxiilov vəfat edib.

BAKU.WS xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb.

“Bu gün səhər Bakıdakı müsəlman, xristian və yəhudi icmalarının rəhbərləri ilə birlikdə Azərbaycan Dağ Yəhudiləri İcmasının keçmiş lideri cənab Boris Semyonoviç İxiilovu son mənzilə yola saldıq”, - diplomat vurğulayıb.

BAKU.WS