SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti "Qara Qarayev" metro stansiyasında qatarın şüşəsinin sınması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

BAKU.WS-in məlumatına görə, bu barədə Trend-ə açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir:
 
"Əslində hadisə belə olub. Metronun "Xalqlar Dostluğu" stansiyasında qatarda bir nəfər nəfəsliyi açmaq istəyib. Bu zaman o nəfəsliyi möhkəm dartıb və nəfəsliyin şüşəsini qırıb. Sərnişin dərhal özü maşinistə yaxınlaşıb və etiraf edib ki, nəfəsliyi açmaq istərkən şüşəni qırıb. Qatarın şüşəsinin qırılması, kiminsə başına düşməsi barədə yayılan məlumatlar tam əsassızdır".
 
BAKU.WS