SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının binəqədi rayonunda qadını küçədə hücuma məruz qalıb.

Bakı şəhər Baş polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə 28 May qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Akifə Əsgərova yol ilə gedərkən bir kişi ona hücum çəkib. Kişi qadını yerə yıxıb və onun üstünə bıçaq çəkib.
Akifə Əsgərovaya bıçaqla hədə-qorxu gələn quldur onun 50 manat pulunu alıb.

Qadın polisə şikayət edib. Şikayət əsasında Binəqədi rayon Polis İdarəsi 40-cı polis bölməsi əməkdaşları əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində qadını talamaqda şübhəli bilinən 1982-ci il təvəllüdlü İlham Zahir oğlu Qədirov tutulub.

Araşdırmaalr zamanı saxlanılan şəxsin əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS