14 yaşlı yeniyetmə çayda batdı - meyiti sudan belə çıxarıldı (VİDEO)
01
iyn
2018
10:20
Qazax rayonunda məktəbli çayda boğulub. APA TV-nin qərb bürosunun xəbərinə görə, Bakıdan Qazaxa qonaq gələn 2004-cü il təvəllüdlü Mustafayev Elnar Murad oğlu Ağstafaçayın Qazax şəhərindən keçən hissəsində çimərkən batıb.Şahidlərin sözlərinə görə, onunla birgə çayda çimmək üçün bir neçə məktəbli də gəlibmiş. Ancaq digərləri sonradan qorxaraq qaçıb. Yaxınlıqdan keçən şəxslərdən biri çayın sahilində paltar və mobil telefon tapıb və polisə məlumat verib. Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub.Aparılan axtarışlar nəticəsində uşağın meyiti tapılıb və müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.BAKU.WS
Oxşar xəbərlər
Bakıdan Qazaxa qonaq gedən məktəbli çayda batıb
Ağstafaçayda məktəblinin batmasının təfərrüatı məlum olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bir neçə məktəbli uşaq həmin ərazidə çimən zaman 8-ci sin...