Mingəçevirdə 14 yaşlı oğlan kanalda batıb

02
apr
2018
20:05
Mingəçevirdə yeniyetmə su kanalında boğulub.BAKU.WS-in APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Yuxarı Qarabağ kanalının Mingəçevirin Energetiklər qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.Kəlbəcər rayonundan olan məcburi köçkün, Mingəçevir şəhərində yaşayan 2004-cü il təvəllüdlü Qafarzadə Nicat Azər oğlu həmyaşıdları ilə birlikdə kanalda çimərkən batıb.Fövqəladə Hallar Nazirliyinin dalğıcları əraziyə cəlb olunub, axtarışlar davam etdirilir.BAKU.WS

Oxşar xəbərlər
Mingəçevirdə naməlum şəxs özünü Kürə atıb
Mingəçevir şəhərində bir nəfər özünü körpüdən Kür çayına atıb.BAKU.WS xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin "Aran" d...