Metroda həyəcanlı anlar - Sərnişin stansiya yoluna düşdü

05
dek
2021
10:16
"İçərişəhər-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar "Nəriman Nərimanov" stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.
Bu barədə BAKU.WS-ə Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım dəvət edilib və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb:
"İlkin yardım göstərilib. 12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. Aidiyyəti üzrə araşdırma aparılır".
Oxşar xəbərlər
Bakı metrosunda qorxulu anlar - Qadın qatar yoluna yıxıldı
Bu gün Bakı metrosunda həyəcanlı anlar yaşanıb. Bu barədə Bakı Metropoliten QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib. Onun sözlər...