Bakı metrosunda qorxulu anlar - Qadın qatar yoluna yıxıldı

Bakı metrosunda qorxulu anlar - Qadın qatar yoluna yıxıldı
Hadisə 494

Bu gün Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Bu barədə Bakı Metropoliten QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, saat 12:51-də “Gənclik” metrostansiyasında bir qadın stansiya yoluna yıxılıb.

“Bir qadın stansiya yoluna düşüb. Stansiyaya yaxınlaşan qatarın maşinisti qatarı saxlayıb, məlumat verib. Gərginlik çıxarılıb.

Sərnişin stansiya yolundan çıxarılıb. Araşdırmalar zamanı həmin qadının 1967-ci il təvəllüdlü Bakı sakini Dilguşə Bəkirova olduğu müəyyən edilib.

Hadisə nəticəsində metronun hərəkət sxeminin yaşıl və qırmızı xətlərində 10 dəqiqəyə yaxın yubanma olub”, - deyə qurum rəsmisi bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakı metrosunda halı pisləşən gənc qatar yoluna düşdü

Bakı metrosunda halı pisləşən gənc qatar yoluna düşdü

Metronun "Ulduz" stansiyasında orta yaşlı bir kişi stansiya yoluna düşüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, həmin an stansiyaya “Dərnəgül- Həzi Aslanov"...

684 Hadisə 20:02 15 iyul 2021

Son xəbərlər