SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Maksim Musayev vəfat edib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu haqda mərhumun oğlu Emin Musayev məlumat yayıb.

O bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri, Milli Məclisin sabiq deputatı ötən gün axşam saatlarında ürək tutmasından dünyasını dəyişib.

Maksim Musayev 1938-ci il avqustun 18-də Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub.

1991-1992-ci illərdə isə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Qax və Xızı rayon sovetlərinin bir neçə çağırış deputatı, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı, 1990-cı ildə respublikanın xalq deputatı və 1995-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Birinci çağırış Milli Məclisin yerli özünüidarə məsələləri daimi komissiyası sədrinin müavini və Azərbaycan-Çin Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun rəhbəri olub.

BAKU.WS