VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Rusiya Xəzərdə 20 gəmi və aviasiyanın iştirakı ilə müdafiə təlimi keçirib. ANS PRESS-in məlumatına görə,  təlimlərdə "Tatarıstan" və "Dağıstan" raket gəmiləri, "Mahaçkala", "Astraxan" və digər kiçik raket və artilleriya gəmiləri, həmçinin iki "Su-24", "Su-25" təyyarələri iştirak edib.

Təlimlərin keçirilməsi barədə cənub hərbi dairəsinin mətbuat xidməti  xəbər yayıb.

Hərbi dəniz təlimləri zamanı şərti düşmən aviasiyasına zərbələr endirilib. Gəmilərin Hava Hücumundan Müdafiə sistemlərinin İdarə mərkəzindən siqnal əsasında şərti hədəfləri tapıblar.  Daha sonra həmin hədəflər artilleriya zərbələri vasitəsilə məhv ediliblər. Həmçinin qırıcı təyyarələr yerə çox yaxın məsafədən uçuşlar həyata keçiriblər.

Bundan başqa, təlimlərin gedişatında hərbi qulluqçular idarəetmənin təşkili məsələlərinin yerinə yetirilməsini həyata keçiriblər. 
 
BAKU.WS