Rusiya hərbi gəmilərindən Xəzər dənizində böyük təlim (VİDEO)

Rusiyanın Xəzər dənizində yerləşən hərbi-dəniz donanmasının təlimlərindən görüntüləri yayılıb.
BAKU.WS-in məlumatına görə, "Kalibr-GK" yeni raket kompleksi ilə təchiz edilmiş hərbi dəniz donanması artilleriya toplarını sınaqdan keçirib. Təlimlərdə 20-dən çox hərbi gəmi, kater iştirak edib.
Bu manevrlər Xəzər Dənizi Flotiliyası gəmilərinin ekipajlarının son təlim mərhələsi olub. Məlumata görə, təlimlər aprelin 24-dən 28-dək baş tutub. Təlimlərin gedişatında hərbi gəminin ekipajları mina əleyhinə və hava hücumuna qarşı müdafiə zamanı verilən əmrləri yerinə yetirib.
Qeyd edək ki, Rusiya qoşunları 2015-ci ilin dekabr ayında Suriya ərazisinə Xəzər dənizindən məhz "Kalibr-GK" raket kompleksi ilə zərbələr endirmişdi.
BAKU.WS

Oxşar xəbərlər
Rusiya Xəzər donanmasına döyüş əmri verdi - VİDEO
Rusiya Xəzərdəki Hərbi Dəniz Donanmasına döyüş əmri verib. BAKU.WS Rusiya KİV-lərinə istinadən xəbər verir ki, donanmanın 20-yə yaxın qəmisi Xəzər dənizində t...