
Abşeron rayonu, Ceyranbatan su anbarının ətrafında kol-kos və qismən agaclıq sahə yanır.
BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə yerinə dərhal qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğının söndürülmə işləri davam etdirilir.
***
Son məlumatlara görə, Ceyranbatan su anbarının ətrafında baş vermiş yanğının söndürülməsinə helikopter cəlb olunub.
Artıq yanğın məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürlməsi istiqamətində işlər aparılır.
BAKU.WS