SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan XİN İstanbul şəhərində törədilmiş terror aktı ilə bağlı açıqlama yayıb. 
 
XİN-in Mətbuat xidmətindən BAKU.WS-in məlumatına görə, bəyanatda İstanbul şəhərində törədilmiş qanlı terror aktını qəti şəkildə qınadığı qeyd edilib: "Bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir.

Bu partlayış nəticəsində yaralanan və ya həlak olanlar sırasında Azərbaycan Respublikası vətəndaşının olması ölkəmizin İstanbuldakı Baş konsulluğu tərəfindən Türkiyənin rəsmi dövlət qurumları vasitəsilə araşdırılır".
 
BAKU.WS