Bakıda avtobus sürücüləri sərnişinlərin həyatı ilə oynamaqda davam edir.

 

BAKU.WS-in məlumatına görə, bu gün 79 saylı "Daewoo” markalı, 10 TG 704 nömrə nişanlı avtobusun sürücüsü "avtoş”luq edib.

Hadisə səhər saat 08 radələrində qeydə alınıb. Sürücü 65 saylı avtobusun gah qabağına keçir, gah da onu arxadan qovur. Bununla da kifayətlənməyən 79 saylı avtobusun sürücüsü sağ-sol dönmələr edərək digər yol hərəkəti iştirakçılarının da həyatı ilə oynayıb.

Sürücü düz "20 yanvar” metrosu yaxınlığından "Nizami” metrostansiyasına qədər "avtoş”luq edərək həm öz sərnişinlərinin, həm də 65 saylı avtobusun içərisində olan insanların həyatlarını riskə atıb.


BAKU.WS baş verən hadisəni təqdim edir:

Ziya Səccad
BAKU.WS