SİZİN REKLAM BURADA!
055 213 76 73


Qaxda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Qax rayonu Qarabaldır kəndi ərazisindən keçən hissəsində qeydə alınlb. Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində biri azyaşlı olmaqla ümumilikdə 7 nəfər xəsarət alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan biri - yaşyarımlıq uşaq müayinə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Digər yaralıların müayinəsi Qax RMX-da aparılır və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS