Bərdədə oğurluq edən şəxs saxlanılıb

Bir qrup rayon sakini Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus evdən və avtomobildən oğurluq edilməsi barədə məlumatlar veriblər.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Namiq Quliyev saxlanılıb.
Araşdırmalarla onun 2 ədəd velosiped, məişət əşyaları, su mühərriki, akkumulyator oğurlamaqla vətəndaşlara maddi ziyan vurub.
Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı - Azərbaycanda ŞOK HADİSƏ
Zorlamada təqsirli bilinən Kəlbəcər rayonunun Mollabayramlı kəndində anadan olan 1988-ci il təvəllüdlü Namiq Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad v...
