Şirkət əməkdaşı krandan yıxılaraq öldü

İyunun 19-u saat 13 radələrində Xaçmaz rayonu ərazisində yerləşən “Xaçmaz Yaşayış Kompleksi”ndə Kamran Cəfərovun təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə Xaçmaz rayon Prokurorluğundan məlumat verilib.
Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, “Kranpartner” MMC-də quraşdırıcı kimi çalışan 1994-cü il təvəllüdlü Kamran Cəfərov kranın seksiyalarının quraşdırılması işlərini apararkən krandan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Bakıda kranın aşması faktı ilə bağlı cinayət işi başlanıb
Sentyabrın 4-də saat 14.00 radələrində paytaxtın Nərimanov rayonu, M.Sənani küçəsi 41 ünvanında kranın yaşayış binasının üzərinə aşması nəticəsində bir nəfərin...