SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda “Qanun” nəşriyyatın qarşısında su borusu partlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkədə nəşriyyatın direktoru Şahbaz Xuduoğlu paylaşım edib.

O bildirib ki, artıq iki gündür, nəşriyyatın qarşısını su yuyub aparır:

“İki gündür, nəşriyyatın ofisinin həyətində su fontan vurur. “Azərsu” ASC-yə müraciət etmişik, lakin dünəndən bura əməkdaşlarını yönləndirmirlər. Bununla bağlı daha əvvəl - keçən il də müraciət etmişdik. Ötən il oranı “təmir” etdirdilər, lakin o təmirin ömrü uzun olmadı.

Hazırda isə “fontanın” qarşısının alınması üçün heç bir tədbir görülmür”.

Məsələ ilə bağlı oxu.az-a açıqlama verən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, problem aidiyyəti üzrə ərazi yerli Su Kanal İdarəsinə yönləndirilib:

“Məsələdən xəbərimiz var. Aidiyyəti üzrə “Azərsu” ASC-nin Nəsimi rayon Su Kanal İdarəsi tərəfindən problemin həlli istiqamətində zəruri tədbirlər görülür”.

BAKU.WS
VİDEO