VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Rusiyanın Yekaterinburq şəhərində nəhəng tərəvəz bazasında yanğında azərbaycanlı iş adamının adı hallanır. Bazada yanğın ötən gün səhər baş verib.
 
ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, 4 nömrəli bazada başlayan yanğının qarşısını bir neçə saatlıq iş nəticəsində almaq mümkün olub. Yanğın 300 kvadrat metr ərazini əhatə edib. Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Adıçəkilən tərəvəz bazası Sverdlovski vilayətində yerləşən regionlararası iri ticarət loqistik mərkəzdir. Yekaterinburqun meyvə-tərəvəz tələbatının böyük qismi məhz buradan ödənilir. 

Maraqlısı odur ki, baş verən yanğında azərbaycanlı iş adamının adı hallanır. Yanğının qarşısı alınsa da yanğınsöndürən briqadalar hadisə yerində alovun başlanma səbəbini müəyyən etməyə çalışırlar. Rusiya mətbuatında yer alan məlumata görə, bu gün səhər saatlarında bazanın ərazisinə Rusiya DİN-in mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları da gəliblər. 

İlkin məlumata görə, bazar qəsdən yandırılıb. İddiaya görə, bu yanğın iri icarədar - azərbaycanlı iş adamı Azər Piriyevin işinə yaraya bilərdi. O, hazırda İvan Obuxovla birlikdə bazaya rəhbərlik edir. Obuxov isə saxlanma təcridxanasındadır.  

O, öz adamlarına anbarları və taciklərin qanunsuz mehmanxanasını yandırmaq əmri verə bilərdi. Buna səbəb isə tacik işçilərin anbarlardakı işə görə haqq ödəməkdən imtina etmələri ola bilər. 
 
Şahidlərin sözlərinə görə, güc sturukturlarının nümayəndələri gələn zaman Azər Piriyev özünə məxsus "Uqolka" kafesində olub və gizlənə bilib. 

Obuxovun həbsindən sonra onun kabinetini tutan azərbaycanlı iş adamının hazırda harada olduğu bilinmir. Polislər hadisə ilə bağlı 100 nəfəri saxlayıblar. 

A.Priyev kimdir?

Onun kriminal avtoritetlərin daxil olduğu klana üzv olduğu bəllidir. Bu "klana" isə Zaur Həsənov, Əhliman və Bəhruz (onu ruslar Borya kimi tanıyır), eləcə də Mərkəzi Uralda Azərbaycan diasporuna "baxan" Ağayar Ağayev də daxildir. Piriyevin yaxın qohumları hazırda külli miqdarda narkotik (söhbət 4 kq-dan gedir) maddə daşıdıqları üçün həbsdədirlər. 
 
BAKU.WS