Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 və 8 saylı cəzaçəkmə müəssisələrinə mobil telefon aparatlarının keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən BAKU.WS-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2 il 8 ay 27 gün müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Abbasov Əskər Səftər oğlu ilə qısamüddətli görüşə gəlmiş bacısı Biləsuvar şəhər sakini İbrahimova Ülviyyə Səftər qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan sellofan torbanın içərisindəki maykaya bükülərək gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.

Bundan başqa Cinayət Məcəlləsinin 237.2.3 və 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hacıyev Ceyhun Pirmurad oğluna qohumu Bakı şəhər sakini Qurbanov Yalçın Faiq oğlu tərəfindən göndərilmiş sovqata baxış keçirilən zaman orada olan dəmir qabdakı qatılaşdırılmış südün içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA