Ramiz Mehdiyevlə Elton Məmmədovun arası dəydi

AMEA-nın prezidenti Ramiz Mehdiyev iclasda qurumun İşlər idarəsinin müdiri Elton Məmmədovu sərt tənqid edərək işdən azad edib.
BAKU.WS "Unikal.org"a istinadən xəbər verir ki, E.Məmmədov isə uzunmüddətli məzuniyyətə çıxaraq, iyun ayının 14-dən işdən çıxması ilə bağlı ərizə yazaraq akademiyanı tərk edib.
"Qafqazinfo" xəbər verir ki, sabiq deputat Ramiz Mehdiyevin AMEA-da həyata keçirdiyi ilk təyinatlardan olub. Belə ki, R. Mehdiyev 2019-cu ilin oktyabrın 23-də AMEA prezidenti seçilib. Həmin ilin noyabrında isə Ziya Məmmədovun qardaşı Elton Məmmədova yüksək vəzifə verərək onu AMEA-nın "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib. Təyinatından 4 ay sonra yəni 2020-ci ilin martın 6-da eks-deputat sözügedən vəzifədən azad edilib. Onun yerinə keçmiş nazir Əli Abbasov gətirilib.
Daha sonra isə E. Məmmədova AMEA-da işlər müdiri vəzifəsi həvalə edilib. Qısa vaxt aralıqlarıyla vəzifəyə gətirilib-çıxarılan Elton Məmmədovla AMEA prezidenti arasında fikir ayrılıqları və münasibətlərinin yaxşı olmadığı görünür. Elə bu anlaşılmazlıqlara görə Ramiz Mehdiyev onu qapalı iclasda sərt tənqid edib, E.Məmmədov da ərizə yazaraq AMEA-nı tərk edib.
Oxşar xəbərlər
Fazil Məmmədovu ittihamlara cavab vermək üçün Bakıya çağırırlar
İşdən çıxarılandan 11 ay sonra sabiq vergilər nazirinin Gəncədəki xəstəxanasında yoxlamalar başlaması təsadüfi deyil və bu, digər obyektlərdə də təftişlər olaca...