VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Ədalət " qəzetinin müxbiri oğurluğa məruz qalıb.

BAKU.WS
-in "Qafqazinfo” saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 30-u saat 21-dən 22-dək Vaqif prospekti 1-də yerləşən Zorqe parkının duracağında baş verib.

Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Bəhram Əhmədova məxsus Toyota markalı 10 LS 333 nömrəli avtomobilindən şüşəni sındırmaqla oğurluq edilib.

Maşının saxlanc yerindən 055 207 51 ** GSM nömrəsi, şəxsiyyət, sürücülük və müxbir vəsiqəsi oğurlanıb. Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS