SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda yol polisləri ilə sürücü arasında insident olub.
 
Hadisə şahidlərinin Criminal.az-a verdiyi məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yol polisi ''Mercedes'' marakalı avtomobili saxlamağa cəhd edib. Lakin tabe olmayan sürücünün avtomobilinin qarşısını Yavər Əliyev küçəsində kəsiblər. Sürücü avtomobildən düşmək istəməsə də, yol polisləri onu zorla maşından çıxararaq patrul avtomobilinə mindirərək aparıblar. 

Hadisə zamanı avtomobildə sürücü ailəsi ilə birlikdə olub. Onlar nə qədər etsələr də, sürücünün aparılmasının qarşısını ala bilməyiblər.

Şahidlər hadisə yerindən qısa videogörüntünü saytımıza göndərib.
 
BAKU.WS